QR CodeQR Code

Obamanın əl-Əqsaya səfəri müharibə elanıdır

Islamtimes , 11 Mar 2013 19:46

İslamtimes - Fələstinin müqavimət hərəkatı Həmas deyib ki, ABŞ prezidenti Barak Obamanın Şərqi Qüdsdə yerləşən əl Əqsa məscidinə səfəri müsəlman dünyasına müharibə elanı olacaq.


islamtimes.org/az/ - Həmasın əl Əqsa məscidindəki nümayəndəsi Muşir əl Masri bu açıqlamanı cümə günü İsrailin işğal etdiyi Qərb Sahilində fələstinli qruplar qarşısında çıxışı zamanı etmişdir.

Əl Masri Obamanın əl Əqsa məscidi yerləşən ərazini ziyarət edəcəyi təqdirdə İsrailə qarşı üçüncü qıyamın başlayacığını deyib.

Bu ayın sonlarında Obamanın işğal edilmiş ərazilərə səfəri nəzərdə tutulur. Hələ ki, Vaşinqton Obamanın əl Əqsa məscidini ziyarət edəcəyini təsdiq etməyib.

Demokratik seçkilər yolu ilə Fələstin baş naziri seçilən İsmail Həniyə cümə günü Obamanın bu səfərini Fələstin danışıqlarına qarşı yönəlmiş təxribat adlandırıb.

O cümə namazı zamanı çıxışında deyib: “Biz artıq əminik ki, Obamanın səfəri xalqımız üçün yaxşı nəticələr verməyəcək.”

Həniyə həmçinin deyib ki, Fələstin hökumətinin fəaliyyətdə olan rəhbəri Mahmud Abbas da gərək Obamanın regiona olan səfərinə aldanmasın və danışıqlar qapısını bağlamasın.

Həniyə deyib: “Obamanın səfəri əsasən regional inkişaf məsələlərinin müzakirəsi və Fələstin milli oyanışının qarşısını almaq üçün İsrail ilə qondarma olan danışıqları bərpa etmək məqsədi güdür. ”


Story Code: 246042

News Link :
https://www.islamtimes.org/az/news/246042/obamanın-əl-əqsaya-səfəri-müharibə-elanıdır

Islam Times
  https://www.islamtimes.org