0
Monday 11 March 2013 - 23:50

Səudiyyə kəşfiyyat agentliyi Suriyadakı əl Nusra terroristlərini maliyyələşdirir

Story Code : 246104
Səudiyyə kəşfiyyat agentliyi Suriyadakı əl Nusra terroristlərini maliyyələşdirir
Səudiyyə kəşfiyyat agentliyi Suriyadakı əl Nusra terroristlərini maliyyələşdirir
Islam times.org/az/ - Xarici kəşfiyyat mənbələrinə istinad edən “The İntelligence” xəbər agnetliyi deyib ki,Şahzadə Bəndər bin Sultan bin Abduləziz tərəfindən idarə edilən Səudiyyə Ərəbistanın ali kəşfiyyat orqanı İraqdakı terroristlərin köməyi ilə Suriyada əl Nusra terror cəbhəsini yaradıb.

Məlumatda deyilir: “Ali kəşfiyyat orqanının maliyyə dəstəyi və Səudiyyə Ərəbistanın Livandakı kəşfiyyat orqanının köməyi ilə əl Nusra öz üzvlərini silahlandıra bildi.”

“The İnteligence” xəbər agentliyi həmçinin əldə olan səndlərə istinad edərək bildirib ki, Səudiyyə daxili işlər nazirliyi Suiryadakı üsyançıları pul və silah-sursat ilə təmin etmək üçün ordu rəsmisini Suriyaya göndərib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvəlləri də daxil olmaqla münaqişə nəticəsində xeyli dinc vətəndaş həlak olub. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları üsyançıları hərbi cinayət törətməkdə günahlandırıblar.

Suriya hökuməti bildirib ki, ölkədəki münaqişə xaricdən idarə edilir və qızışdırılır.

6 Martda terroristlərdən ibarət olan Azad Suriya Ordusunun komandiri Qərb ölkələrindən daha çox silah-sursat almaq üçün tələbnamə dərc etdirdi.
Source : Islamtimes
Comment