QR CodeQR Code

Vasif Talıbovun villasını yandırdılar

12 Mar 2013 09:39

IslamTimes - Yanğınsöndürənlər villanın köməyinə çata bilməyiblər!..


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Şahbuz rayonunda, Batabat yaylağında yerləşən villası ötən şənbə yandırılıb. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq.
Məlumatda deyilir ki, villa Batabatdakı üzən adası ilə məşhur olan gölün kənarında inşa edilmişdi.
Rayonda belə söhbətlər dolaşır ki, villa qəsdən yandırılıb. Bildirldiyinə görə, villanın yandırıldığı ona görə inandırıcıdır ki, bu aylarda orada yaşayış olmayıb və elektrik cərəyanı kəsili olub. Villa yalnız yaşayış olanda elektriklə təmin edilirmiş.
Məlumatda o da bildirilir ki, yanğınsöndürənlər villanın köməyinə çata bilməyiblər. Çünki hazırda Batabata gedən yol qarla örtülüdür və maşınların hərəkəti mümkün deyil. Bu səbəbdən də villa tamam yanaraq külə dönüb. /HaqqYolu/


Story Code: 246144

News Link :
https://www.islamtimes.org/az/news/246144/vasif-talıbovun-villasını-yandırdılar

Islam Times
  https://www.islamtimes.org