QR CodeQR Code

5 ABŞ hərbçisi həlak olub

13 Mar 2013 07:04

IslamTimes - Əfqanıstanın cənubunda qəzaya uğramış hərbi helikopterin göyərtəsində 5 ABŞ əsgəri olub.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə, bu barədə “Röyters” Pentaqonun rəsmi bəyanatına istinadla məlumat yayıb.
 
 
 
Məlumata görə, insident martın 11-də ölkənin cənubunda baş verib. Pentaqonun bəyanatına əsasən, 5 əsgərin hamısı qəza nəticəsində ölüb. Bununla belə, Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentinin (ISAF) rəsmiləri indiyədək faciənin səbəbləri barədə birmənalı fikir söyləmirlər.
 
“İnsidentin baş vermə səbəbləri araşdırılır. İlkin məlumata görə, hadisə baş verən ərazidə silahlıların fəallığı müşahidə olunmur”, deyə ISAF bəyanatında bildirib.


Story Code: 246361

News Link :
https://www.islamtimes.org/az/news/246361/5-abş-hərbçisi-həlak-olub

Islam Times
  https://www.islamtimes.org