0
Thursday 14 March 2013 - 00:16

Ehud Barak: İsrail öz dostlarının köməyinə güvənə bilməz

Story Code : 246505
Ehud Barak: İsrail öz dostlarının köməyinə güvənə bilməz
Ehud Barak: İsrail öz dostlarının köməyinə güvənə bilməz
Knessetin xarici və müdafiə komitəsi qarşısında vida çıxışı edən Barak deyib: “Bizim dostlarımız da daxil olmaqla bütün dünya bizə deyir ki, ‘narahat olayın, ən pis vəziyyətdə belə biz sizin yanınızda olacayıq,’ ancaq mən deyirəm ki, gərək biz bunu ciddiyət almayaq. ”

O əlavə edərək deyib: “Ünsiyyət qurduğumuz dünyanın hər bir ağıllı insanı deyir ki, Yaxın Şərqdəki bütün porblemlərin səbəbi bizim Fələstin ilə sülh razılığı ələ gətirmək qabiliyyətimizin olmamasıdır.”

Sabiq müdafiə naziri əlavə edərək deyib ki, İsrail təhlükəsizlik təhdid ilə qarşı-qarşıyadır.

36 illik hərbi təcrübəsi olan 70 yaşlı Barak 2012-ci ilin noyabr ayında siyasətdən getməsi haqqında açıqlama vermişdir.

Tel Əviv rejiminin strategiyasını təyin edən əsas şəxslərdən biri olan Barak keçən il ərzində ABŞ müdafiə departamentinə mütəmadi səfərlər etmişdir.

İsrail hər il ABŞ-dan 3 milyard dollar birbaşa yardım alır. O həmçinin hər il müdafiə sisteminə 70 milyon dollar hərbi yardım alır.

Barak siyasətdən getmək haqqında açıqlamanı 2012-ci ilin noyabr ayında İsrailin Qəzza üzərində 8 günlük müharibəsinin başa çatmasından bir neçə gün sonra etdi.

14-21 Noyabr tarxiləri arasında baş verən İsrail hücumun nəticəsində qadın və uşaqlar da daxil olmaqla 160-dan çox fələstinli şəhid olmuş və 1200 nəfər isə yaralanmışdır.
Source : Islamtimes
Comment