0
Thursday 14 March 2013 - 09:40

Venesuela hökuməti Çavesin cənazəsini mumiyalamamaq qərarına gəldi

Story Code : 246541
Venesuela hökuməti Çavesin cənazəsini mumiyalamamaq qərarına gəldi
Bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Nikolas Maduro bildirib, - “BBC”.
 
Bundan öncə Venesuela hökuməti Uqo Çavesin cənazəsini Lenin, Xo Şi, Mao kimi mumiyalayıb saxlamaq niyyətində idi. Hazırda onun mumiyalanmış cəsədi Karakas muzeyində saxlanılır və insanlar onunla vidalaşır.
 
Lakin, Maduro bildirib ki, onlar Rusiya və Almaniyadan olan ən yaxşı mütəxəssislərlə məsləhətləşmələr aparıblar və onlar bildiriblər ki, Çavesin cənazəsini uzun müddətə mumiyalamaq mümkün olmayacaq. “Cənazə düzgün qaydada hazırlanmayıb. Onun cənazəsini mumiyalamaq barədə qərar daha öncədən qəbul olunmalı idi”, - deyə Maduro bildirib. O, bundan sonra nə edəcəklərini açıqlamayıb.
 
/Deyerler/
Comment