0
Friday 15 March 2013 - 20:03

ABŞ Pakistan-İran əlaqələri səbəbindən Pakistanı sanksiyalar ilə təhdid edib

Story Code : 246835
ABŞ Pakistan-İran əlaqələri səbəbindən Pakistanı sanksiyalar ilə təhdid edib
ABŞ Pakistan-İran əlaqələri səbəbindən Pakistanı sanksiyalar ilə təhdid edib
Dövlət departamentinin sözçüsü Viktoria Nuland deyib: “Biz çox ciddi narahatıq, əgər bu layihə baş tutsa, bu zaman İran ona qarşı tətbiq edilən sanksiyaların öhdəsindən çox asanlıqla gələcək və bu İran Snaksiya Aktının pozulmasıdır.”

1996-cı iləd qəbul edilmiş İran Sanksiya Aktına əsasən İranın neft və təbii sərvətinə qoyulmuş sərmayə illik 20 milyon dolları keçərsə, bu zaman ABŞ bu sərmayəyə qadağa qoya bilər.

Nuland deyib ki, ABŞ Pakistanda geniş ölçülü enerji layihələrini həyata keçirir və bu da 2013-cü ilin sonuna kimi Pakistana 900 meqa vats enerji verəcək.

Bu təhdid İran qazının şərq qonşularına ötürülməsini nəzərdə tutan bir neçə milyard dollarlıq qaz boru kəməri layihəsinin sonuncu mərhələsinin təntənəli açılış mərasimindən sonra edildi.

İran prezidenti Mahmud Əhmədinejad və onun pakistanlı tərəf müqabili Asif Əli Zardari İran-Pakistan sərhəddində açılış mərasiminə qatıldılar.

Boru kəmərindən məqsəd Pakistanın enerji ehtiyacını ödəməyə kömək etməkdir, çünki halhazırda 180 milyon əhalisi olan Pakistan enerjidən ciddi əziyyət çəkir.

Bu arada İranın Neft naziri Cavad Ovji deyib ki, Pakistan İrandan olan gaz idxalını günlük 30 milyon kub metrə qaldırıb.

2 Martda Zardari demişdir ki, İslamabad nəyin bahasına olursa olsun bu layihəni dayandırmayacaq.
Source : Islamtimes
Comment