QR CodeQR Code

ABŞ-ın Suriya silahlılarını təlimatlandırdığı təsdiqləndi

15 Mar 2013 22:16

IslamTimes - Amerika Birləşmiş Ştatların İordaniyada Suriyada hakimiyyət qüvvələrinə qarşı mübarizə aparan Azad Suriya Ordusunun silahlılarını təlimatlandırdığı təsdiqlənib.


Azad Suriya Ordusunun yüksək rütbəli komandirlərindən biri bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, artıq 300-ə qədər təlim keçmiş silahlı döyüşləri davam etdirmək üçün Suriyaya göndərilib, - “dunyabulteni”.
 
Suriyalı müxalifət komandiri “Röyters”ə açıqlamasında bildirib ki, ABŞ ordusunun xüsusi mütəxəssisləri İordaniyada qruplaşma üzvlərini təlimatlandırır və artıq 300 belə təlimatlanmış silahlı Suriyaya göndərilib.
 
Komandirin məlumatına görə təlimlər başlıca olaraq tank əleyhinə raketlər və ağır silahlardan istifadə ilə bağlıdır. Təlimlər 15 gündən bir aya qədər davam edir və dərslər 50 nəfərlik qruplar halında keçirilir.
 
/Deyerler/


Story Code: 246870

News Link :
https://www.islamtimes.org/az/news/246870/abş-ın-suriya-silahlılarını-təlimatlandırdığı-təsdiqləndi

Islam Times
  https://www.islamtimes.org