0
Saturday 16 March 2013 - 09:42

Avropa Birliyinin sammiti qalmaqalla başladı

Story Code : 246934
Avropa Birliyinin sammiti qalmaqalla başladı
Həmkarlar İttifaqlarının təşkil etdiyi nümayişə qatılan insanlar avropalı liderlərdən artmaqda olan işsizlik problemini həll etməyə və sərt iqtisadi tədbirlərdən əl çəkməyə çağırıb.
 
Aksiya iştirakçıları hesab edir ki, belə siyasət  Avropa ölkələrində vəziyyəti daha da pisləşdirir, əmək bazarını və əhalinin sosial müdafiə sistemini dağıdır. Dövlət və hökumət başçıları isə sammitdən əvvəl müsahibələrində vətəndaşlara mövcud böhrandan çıxmaq üçün bütün mümkün tədbirlərə əl atacaqlarına söz veriblər. 
 
Ekspertlər isə hesab edirlər ki, Avropa iqtisadiyyatında vəziyyət hər ötən gün daha da ağırlaşır. Bir çox şəhərlərdə işsizlik və əhalinin gəlirlərinin azalması daha böyük vüsət alır. İndi aksiya iştirakçılarının "hər şeyi böhrandan əvvəlki vəziyyətinə qaytarın" kimi tələblərini yerinə yetirmək demək olar ki, mümkün deyil. /SİA/
Comment