0
Saturday 16 March 2013 - 12:56

"Türkiyədə CIA və MOSSAD büroları var"

Story Code : 246996
"Türkiyədə CIA və MOSSAD büroları var"
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) rəsmisi TBMM-nin hesabat toplantısında əhəmiyyətli açıqlamalar verib.
 
MİT rəsmisi lazımi tədbirlər görülmədikdə istənilən ünsiyyət vasitəsinin dinlənilməsinin xüsusi proqramlarla mümkün olduğunu söyləyib.
O, bundan başqa komputer şəbəkələri vasitəsiylə aparılan əməliyyatlara müxtəlif üsullarla müdaxilənin və istənilən informasiyanın əldə edilməsinin mümkün olduğunu bildirib.
 
MİT-çi açıqlamasında hər-hansı ölkədə peyk və başqa vasitələrlə reallaşan informasiya ötürülməsinin digər dövlətlər tərəfindən izlənilməsinin mümkün olduğunu deyib.
 
"Xarici ölkələrin xüsusi xidmət orqanlarının Türkiyədə büroları varmı?" sualının cavabında isə MİT rəsmisi, xarici ölkələrin xüsusi xidmət orqanları ilə lazım olduğunda əməkdaşlıq etdiklərini söyləyib.
O, həmçinin qeyd edib ki, Türkiyə kəşfiyyatının digər ölkələrdə nümayəndəlikləri olduğu kimi, Türkiyədə də həmin ölkələrin xüsusi xidmət orqanlarının nümayəndəlikləri, CIA, MOSSAD-ın büroları var. /hhaqqyolu/
Comment