0
Sunday 17 March 2013 - 00:03

Sionist Peres Suriyaya Ərəb müdaxiləsini vacib sayıb

Story Code : 247144
Sionist Peres Suriyaya Ərəb müdaxiləsini vacib sayıb
Sionist Peres Suriyaya Ərəb müdaxiləsini vacib sayıb
Islam times.org/az/ - 1996-cı ildə baş nazir olduğu vaxt Livana 16 günlük müharibə elan edən Sionist prezident deyib: “Azad dünya Suriya prezidentinin öz xalqına və öz övladlarına qarşı qırğın siyasəti aparmasına dözə bilməz. Bu bütün ürəkləri ağrıdır.”

Qərb hərbi qüvvələrinin Suriyaya müdaxiləsinin xarici müdaxilə hesab ediləcəyini deyən Peres təklif edərək bildirib ki, Suriyada münaqişəyə son qoymağın ən əlverişli yolu Suriyanın da üzvü olduğu Ərəb Liqası dövlətlərinin Suriyaya müdaxiləsidir.

Peres Avropa Parlamentinin 754 üzvünə məsləhət verərək deyib: “Ərəb Liqası Suiryadakı qırğını dayandırmaq və Suryanın parçalanmasının qarşısını almaq üçün Suriyada müvəqqəti hökumət qurmalıdır.”

Peres İsrailin nüvə başlıqlarına sahib olmasını və nüvə silahı yayılmama razılığını imzalamaqdan boyun qaçırmasını göz ardına vuraraq xəbərdarlıq edərək bildirib ki, Suriya prezidenti Bəşər Əsəd bütün region üçün böyük təhlükədir, çünki onun əlində kifayət qədər kimyəvi silah arsenalı var və bu arsenal gələcəkdə yanlış əllərə keçə bilər.

İranın dünyanın “bir nömrəli düşməni” kimi təsvir edən sionist prezident deyib ki, halhazırda dünya sülhünə ən böyük təhlükə İran rejimidir və Tehrana hücum etmək tək nüvə silahı istehsal etmək niyyətində olduğu üçün deyil, həmçinin insan hüquqlarını pozduğu və qadınlara qarşı ayrıseçklik apardığı üçündür.

Xatırlatmaq yerinə düşər ki, İran İslam Respublikası 2012-ci ilin iyul ayında Qadın və İslami Oyanış adlı beynılxalq konfrans təşkil etdi. Bu konfransa Ərəb dünyasından və bütün İslam dünyasından 1200-dən çox qadın qatılmışdır. Konfrans iştirakçıları həmçinin Tehranda İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin qonağı da olmuşdular.

Peres həmçinin İranı terror təşkilatı adlandırdığı Livan müqavimət hərəkatı Hizbullahı dəstəkləməkdə ittiham edib.

Sionist və ABŞ Avropa Birliyinə mütəmadi təziqlər göstərərək Hizbullahı terror siyahısına salmağı tələb edirlər.
Source : Islamtimes
Comment