QR CodeQR Code

İranın 5+1-ə təklifləri müzakirə olunub

19 Mar 2013 17:55

IslamTimes - İran və 5+1 ekspertlərindən ibarət qruplar arasında ötən gün Türkiyənin İstanbul şəhərində görüş keçirilib.


"IslamTimes" "FarsNews" xəbər agentliyinə istinadən bildirir ki, İran və 5+1 ekspertlərindən ibarət qruplar arasında ötən gün Türkiyənin İstanbul şəhərində görüş keçirilib.
 
İranın 5+1 qrupuna təklifləri 3 raunddan ibarət görüşdə müzakirə olunub.
 
Ekspertlər İslam Respublikasının Moskvadakı görüşdə irəli sürdüyü təklifləri və 5+1 ölkələrinin Almatıdakı görüş zamanı öz mövqeyində etdiyi dəişiklikləri götür-qoy ediblər.
 
Bu günədək İran və 5+1 qrupu arasında keçirilən görüşlər barədə ekspertlərin rəyi 5 aprel tarixində açıqlanacaq.


Story Code: 247760

News Link :
https://www.islamtimes.org/az/news/247760/iranın-5-1-ə-təklifləri-müzakirə-olunub

Islam Times
  https://www.islamtimes.org