QR CodeQR Code

Uilyam Xeyqdən İrana Novruz təbriki

20 Mar 2013 08:19

IslamTimes - Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib və gələn il İran İslam Respublikası ilə pozitiv münasibətlərin qurulacağına tərəfdar olduğunu ifadə edib.


APA-nın Britaniya hökumətinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, Uilyam Xeyq təbrik nitqində dünya iranlarına və Novruz bayramını qeyd edən bütün insanlara təbriklərini və ən xoş arzularını çatdırıb.  Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri gələn il iki ölkə arasındakı münasibətlərdə olan problemlərin həll olacağına arzu etdiyini bildirib.
 
“Mən ürəkdən arzu edirəm ki üzümüzə gələn 1392-ci il hamı üçün faydalı  olacaq”, deyə Uilyam Xeyq təbrik nitqində qeyd edib.


Story Code: 247916

News Link :
https://www.islamtimes.org/az/news/247916/uilyam-xeyqdən-irana-novruz-təbriki

Islam Times
  https://www.islamtimes.org