"IslamTimes" ərəb dilli KİV-ə istinadən xəbər verir ki, ötən gün terroristlərdən ibarət Azad Suriya Ordusu ilk dəfə olaraq kimyəvi silahdan istifadə edib. Belə ki, Hələb şəhərinin Xan əl-Əsəl rayonuna atılan kimyəvi başlıqlar daşıyan raketlər 25 dinc sakinin həyatına son qoyub, bir çox insan ciddi yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Reutersin müxbiri də rayona atılan raketlərdən sonra insanların tənəffüs problemi ilə üzləşdiyini bildirib.
Bəzi müxalifət üzvləri də Hələb şəhərinə Skad raketləri atıldığını təsdiqləyiblər.
Xatırladaq ki, uzun müddətdir Suriya hakimiyyəti müxaliflərin kimyəvi silahlarla təchiz olunduğu barədə xəbər vermişdi. Dövlət rəsmiləri Qərbin çirkin planından xəbər tutaraq bildirmişdi ki, ABŞ və müttəfiqləri Suriya hakimiyyəti müxaliflərinə göstəriş verib ki, xalqa qarşı kimyəvi silahdan istifadə olunsun. Onlar bu əməliyyatlar gerçəkləşdikdən sonra uyğun kimyəvi silahların hakimiyyət qüvvələri tərəfindən istifadə edildiyini bildirmək niyyətində idi. Belə olan halda isə Suriyaya hərbi müdaxilə üçün bəhanə edilmiş ola bilər.