QR CodeQR Code

Bu da Amerika gəncindən "nümunəvi" hərəkət

21 Mar 2013 16:26

IslamTimes - ABŞ-ın Ohio ştatında 2012-ci ilin fevralında bir məktəbdə 3 nəfəri qətlə yetirən, 3 nəfəri də yaralayan qatil T.J. Leyn (18 yaş) ömürlük həbs cəzasına məhkum edilib.


Qatil məhkəmə salonunda etdihyi hərəkətləri ilə hamını şoka salıb. Məhkəmədə öldürdüyü uşaqların ailələrinə tərəf gülən və təhqiramiz əl işarələri edən Leyn, vəkilindən onu müdafiə etməməsini istəyib. Eyni zamanda Leyn köynəyinə “Qatil” yazdırıb. Leynin hücumu zamanı yaralanaraq iflic olan Nik Valzakın anası Leynə “Burada bu qədər çox polis olduğuna görə çox şanslısan”, öldürülənlərdən Deni Parmertorun anası isə “Sən insan deyilsən, canavarsan. Yazığımız gələn bir qorxaqsan” deyib. Cinayətin törədildiyi zaman 17 yaşında olduğuna görə edam cəzasından xilas olan Leyn, cinayətin səbəbini açıqlamamışdı. Leynin işini aparan hakim Devid L. Fuhry isə onun “məşhur olmaq üçün” bu qanlı hadisəni törətdiyini deyir.


Story Code: 248243

News Link :
https://www.islamtimes.org/az/news/248243/bu-da-amerika-gəncindən-nümunəvi-hərəkət

Islam Times
  https://www.islamtimes.org