0
Saturday 23 March 2013 - 10:27

Ramil Usubov dayısı oğlunu da vəzifəyə göndərdi

Story Code : 248598
Ramil Usubov dayısı oğlunu da vəzifəyə göndərdi
Daxili İşlər Nazirliyində bir-birinin ardınca reallaşan yeni təyinatlar haqda məlumat vermişdik. Bu təyinatların qəribəliyi və özəlliyi isə yeni vəzifə alanların əksəriyyətinin daxili işlər naziri Ramil Usubovun yaxın qohumları olmasıdır. Məlumat üçün bildirək ki, son 10 gün içərisində nazirin kiçik oğluna və xalası oğluna vəzifələr verməsi məlum olub. AzNews.az xəbər portalına daxil olan son məlumatla tanışlıq isə nazirin “qohum təyinatları”ndan imtina etmək niyyətində olmadığını, əksinə bu istiqamətdə addımlarını sürətləndirməsini düşünmək üçün əsaslar yaradır. Belə ki, bu günlərdə DİN rəhbəri Ramil Usubov növbəti sərəncamı ilə dost-doğma dayısı oğlu, polis polkovnik-leytenantı İdris Məhərrəmovu Xətai rayonu Polis İdarəsinə şəxsi heyət üzrə rəis müavini vəzifəsinə təyin edib. Məlumat üçün bildirək ki, İdris Məhərrəmov buna qədər Xətai rayon Polis İdarəsində Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyib.
Comment