0
Saturday 23 March 2013 - 11:36

BMT TŞ Suriyadakı terroru tənqid edib

Story Code : 248618
BMT TŞ Suriyadakı terroru tənqid edib
"IslamTimes" bildirir ki, "Russia Todey" BMT Təhlükəsizlik Şurasının 15 üzvünün bəyanatı barədə xəbər yayıb. Bu 15 üzv cümə axşamı günü Dəməşqdəki məscidlərdən birində baş vermiş terror hadisəsini ən sərt ifadələrlə tənqid edir. Öncə də xəbər verdiyimiz kimi özünü müxalifət adlandıran terroristlər əl-İman məscidində intihari bir əməliyyat keçirərək 45 nəfər dinc sakini qətliam edib. Bu 45 nəfər arasında Şam Alimlər Birliyinin rəhbəri, müsəlman dünyasının tanınmış alimi olan Şeyx Məhəmməd Səid əl-Buti də var. Bu şəxs Suriya hakimiyyətini dəstəkləyən tanınmış şəxsiyyətlərdən olub.
 
BMT TŞ həmçinin terror qurbanı olmuş insanların ailələri ilə də həmdərd olduğunu bəyan edib.
 
"Russia Today" yazır ki, uyğun bəyanat BMT TŞ-nin Suriya ilə bağlı son iki ildə yaydığı nadir bəyanatlardandır. Təhlükəsizlik Şurası üzvləri arasında Suriya böhranı ilə bağlı ciddi ixtilaflar var.
 
Beynəlxalq ictimaiyyəti narahat edən əsas məsələ budur ki, Qərb, xüsusi ilə ABŞ suriyalı müxalifləri silahlandırmağa çağırıb. Halbu ki, silahlar açıq şəkildə müxaliflərin əlinə çatdırılmamış onlar bu sayaq vəhşiliklərə yol verir, dinc sakinləri qətliam edir. Terroristlərin tam silahlandırılacağı halda məntəqədə baş verə biləcək acınacaqlı hadisələri təxmin etmək elə də çətin deyil.
Comment


Related files