0
Saturday 23 March 2013 - 22:07

ABŞ demokratlarının İranla ikitərəfli müzakirə təkliflərinin pərdəarxası

Story Code : 248741
ABŞ demokratlarının İranla ikitərəfli müzakirə təkliflərinin pərdəarxası
Demokratların yeni dövləti yeni üsul və söz ardıncadır. Yaxın Şərqin iqtisadi potensialı,  böyük neft ehtiyatları Amerika üçün həyati əhəmiyyət kəsb edir. Digər tərəfdən ərəb baharı və İsrailin ağır vəziyyəti yeni siyasi yanaşma tələb edir. Elə bu səbəbdən ABŞ diplomatiyasının qarşısında duran əsas vəzifə İranla müzakirələrdir. 
 
Əvvəla İran strateji baxımdan enerji xətlərinin kəsişmə nöqtəsində yerləşir. Digər tərəfdən İranın azad sulara çıxışı var və hərbi müdafiə baxımından münasib imkanlara malikdir. İran həm də İslam dininin regionda bayraqdarı olaraq bütün müsəlman xalqlara təsirlidir. Digər tərəfdən İranın nüvə enerjisinə sahib olması ona qarşı çıxanları çətin vəziyyətdə qoyub.
 
Bütün bu sadalananlar ötən 34 ildə öz duruşunu möhkəmləndirmiş, İranla münasibətlərin yaxşılaşdırılmasını tələb edir. Ərəb baharı Amerikanın mövqelərini onsuz da sarsıdıb. Misirdə Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsi ABŞ-da əvvəlki dövlətlərdən artıq Obama dövləti üçün problemə çevrilib və baxışlarda dəyişikliyi zəruri edir. 
 
Bununla belə ABŞ siyasətçiləri hegemonluqdan əl çəkmək istəmir, keçmiş siyasətləri müvəffəqiyyətsizliyə uğrasa da əvvəlki mövqeləri üzərində israr göstərirlər. 
 
Buna baxmayaraq ABŞ rəsmiləri, hamıdan öncə prezident Obama İranla birbaşa danışıqlar məcburiyyətindədir. Ağ Evin siyasətlərindəki ən kiçik dəyişikliklər ölkə daxilində və xaricində diqqət mərkəzində saxlanılır. İran rəhbərləri də soyuq müharibə və rabitələrin qırılması ardınca rəsmi danışıqlardan imtina etməyiblər. Sadəcə İran tərəfi hələ də ABŞ rəsmilərinin ikili yanaşmasından şübhəlidir. Əvəllər İraq və Əfqanıstan mövzusunda da İranla müzakirələr təklif olunub. Təəssüf ki, bu bəyanatlar əməli təsdiqini tapmayıb. 
 
Hazırda İranla birbaşa danışıqlar təklif olunsa da Ağ Ev çomağı əlindən yerə qoymayıb. ABŞ-ın ən böyük sionist lobbisinin təzyiqləri altında İranın nüvə proqramına qarşı hədələyici bəyanatlar davam edir. İran dəfələrlə bildirib ki, onun nüvə proqramı sülhməramlıdır.  Sionist lobbi İPAC Ağ Evə nə qədər təzyiq göstərsə də Obama öz bəyanatlarından yaranan prinsipləri açıq bildirməlidir. İran İslam Respublikası qurulandan sonra ABŞ-da müxtəlif dövlətlər hakimiyyətə gəlib. Yaxın keçmişdə hakimiyyətdə olmuş Respublikaçılar Yaxın Şərqdə bir sıra müharibələrə imza atdılar. Amma bu müharibələr ABŞ iqtisadiyyatını iflic etdi. Əfqanıstan və İraq müharibələrində böyük itkilər verildi. Ağ Ev Livanla 33 günlük, Qəzzə ilə 22 və 8 günlük müharibədə İsraili himayə etdi. Hazırda Suriya ilə müharibə də ABŞ-ın himayəsi sayəsində davam edir. Bütün bunları nəzərə aldıqda görürük ki, İrana qarşı hərbi təhdidlər yeni söz deyil və İran mümkün hücumlara lazimi cavab vermək üçün hərbi arsenalını gücləndirir. Ağ Ev İranın hərbi potensialını yetərincə dəyərləndirir. 
 
Ağ Ev Yaxın Şərqdə 34 illik uğursuz diplomatiyasına son qoyub yeni üsul seçmək istəyir. Bu siyasətlər dəyişdiyi zaman İranın reaksiyaları aydın olacaq. Bu günə qədər İranla müzakirələrin dalana dirənməsinin əsas səbəbi Ağ Evin həmişəki əldə çomaq müzakirə siyasətidir. ABŞ köklü dəyişiklik aparmadan nəyəsə nail ola bilməyəcək. Görən Obama uzun tarixi keçmişi olan imperialist danışıq tonunu dəyişə biləcəkmi?!
Comment