QR CodeQR Code

ABŞ MKİ-si Suriyada müxalifət qüvvələri üçün işləyir

24 Mar 2013 09:13

IslamTimes - ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin casusları Suriya hökumət qüvvələrinə aid önəmli məlumatları toplamaq üçün Suriya silahlı müxalifətinə yardımlar edir.


Mərkəzi Kəşfiyyat İdarəsində olan mənbələrdən bildirilib ki, onlar yalnız Qərbyönümlü müxalifət qüvvələrinə yardım edirlər.
“Wall Street Journal”ın yaydığı xəbərə görə, ABŞ-ın Suriyada apardığı siyasətin bir hissəsi də indidən Suriya müxalifətinin qərbyönümlü qanadını özünə tərəf çəkməkdir. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsi Suriya müxalifətinin bu qanadına hərtərəfli yardımlar edir.
ABŞ-ın digər Qərb ölkələrini də Suriyadakı müxalifət qüvvələrinə silah istifadəsi, şəhər döyüşləri və digər istiqamətlərdə təlimlər verməyə çağırdığı bildirilir.  /Deyerler/


Story Code: 248781

News Link :
https://www.islamtimes.org/az/news/248781/abş-mki-si-suriyada-müxalifət-qüvvələri-üçün-işləyir

Islam Times
  https://www.islamtimes.org