QR CodeQR Code

Meksikada quldur dəstəsi bara basqın edərək müştəriləri güllələyib

24 Mar 2013 09:23

IslamTimes - Meksikada quldur dəstəsinin bara hücum etməsi nəticəsində üçü federal polis əməkdaşı olmaqla yeddi nəfər ölüb.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət orqanlarının məlumatına görə, insident ölkənin qərbində yerləşən Qerrero ştatında qeydə alınıb.  
 
Məlumata görə, silahlı şəxslər bara soxularaq içəridə olan müştərilərə atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar. Xəstəxanaya beş nəfər yaralı çatdırılıb.
 
Basqın bardakı  polis əməkdaşları səlahiyyətlərini icra etmədikləri zaman törədilib  və bu səbəbdən onların üzərilərində silah olmayıb.
 
İlkin versiyaya görə, məhz polis əməkdaşları hücumun əsas məqsədi olub. Bir neçə gün əvvəl bu ərazidə “Familiya miçoakana” narkomafiyasının liderlərindən biri həbs olunmuşdu və törədilmiş basqın ona intiqam xarakteri daşıyıb.


Story Code: 248784

News Link :
https://www.islamtimes.org/az/news/248784/meksikada-quldur-dəstəsi-bara-basqın-edərək-müştəriləri-güllələyib

Islam Times
  https://www.islamtimes.org