0
Monday 25 March 2013 - 15:43

Ərdoğan: Tel Əviv verdiyi sözləri yerinə yetirməyincə normal münasibətlər qurulmayacaq!

Story Code : 249016
Ərdoğan: Tel Əviv verdiyi sözləri yerinə yetirməyincə normal münasibətlər qurulmayacaq
Ərdoğan: Tel Əviv verdiyi sözləri yerinə yetirməyincə normal münasibətlər qurulmayacaq
Islam times.org/az/ - Cümə günü Ərdoğana telefon ilə zəng edən İsrail baş naziri Benyamin Netanyahu 2010-cu ildə Türk gəmisinə olan hücum ilə əlaqədar Türkiyədən üzr istəyib. Ərdoğan üzrü qəbul etmiş və hər iki tərəf münasibətlərin normallaşmasına razılıq vermişlər.

Ancaq bazar günü ictimaiyyət qarşısında çıxış edən Ərdoğan élan edərək bildirib ki, hələ tez bir zamanda münasibətlərin bərpa olunması gözlənilmir.

O deyib: “Biz demişik: üzr istənilməli, kompensasiya ödənilməli və Fələstinin blokadası aradan götürülməlidir. Bunlar olmadıqca münasibətlər də normal olmayacaq.

Münasibətlərin normallaşması bunların həyata keçirilməyə başlandığı andan start götürəcək. Ancaq bunlar həyata keçirilməsə, bu zaman məni üzürlü hesab edin.”

2010-cu ilin 31 mayında İsrail hərbi dəniz qüvvələri Qəzzaya yardım aparan gəmiyə hücum etmişdir. Hücum nəticəsində Türk-Amerikan gəncləri də daxil olmaqla doqquz Türk vətəndaşı qətlə yetirilmiş və onlarla insan yaralanmışdır.

Tel Əviv bu hadisəyə görə üzr istəməkdən boyun qaçırmış və nəticədə Ankara İsrail səfirini ölkədən çıxartmış və Tel Əviv ilə bütün əlaqələri kəsmişdir.
Source : İslamtimes
Comment