QR CodeQR Code

Sorğu: ABŞ və Böyük Britaniya ictimaiyyəti Suriyalı üsyançıları silahlandırmağın əleyhinədir

İslamtimes , 25 Mar 2013 18:57

Islamtimes - Aparılan sorğunun nətiəcsində məlum olub ki, britaniya və amerikalılar suriyalı üsyançıların silahlandırılması fikrinə qarşı çıxmış və Suriyaya Qərb ordu qüvvələrinin göndərilməsinə narazılıqlarını bildirmişdilər.


islamtimes.org/az/ - YouGov Kembric sorğu mərkəzinin apardığı sorğuda məlum olub ki, Britaniya ictimaiyyətindən olan respondentlərin 60%-i suriyalı üsyançıları silah-sursat ilə təmin etməyin əleyhinədir və yalnız 16% bunun lehinə olduğunu bildirib.

ABŞ-dan olan respondentlərin 45%-i də üsyançıları silah-sursat ilə təmin etməyin əleyhinə çıxmış və yalnız respondentlərin 16%-i bu fikri bəyənmişdilər.

Həmçinin Britaniyadan olan respondetlərin 55%-i Suriyaya Qərb ordu qüvvələrinin göndərilməsinin əleyhinə çıxmış və yalnız 23% bunun lehinə səs vermişdir. Amerikalıların da 33% bunun əleyhinə olduğu halda, 27%-i bunun lehinə olub.

Ancaq ictimaiyyətin bu qədər etirazına baxmayaraq Böyük Britaniya hökuməti yenə də Suriya hökumətinə qarşı düşmən mövqeyini davam etdirir.

Britaniya hökuməti Avropa Birliyinə müraciət edərək Suriyadakı xaricdən dəstək alan üsyançıları silah-sursat ilə təmin etməyə qarşı qoyulmuş embarqonu aradan qaldırmasını tələb edib.

2011-ci ilin mart ayından etiabrən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xeyli dinc insan həlak olub.

Suriya hökuməti münaqişənin xaricdən idarə edildiyini bildirmiş və demişdir ki, əldə olan sübutlara əsasən Suriya hökumətinə qarşı döyüşən üsynçıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.


Story Code: 249043

News Link :
https://www.islamtimes.org/az/news/249043/sorğu-abş-və-böyük-britaniya-ictimaiyyəti-suriyalı-üsyançıları-silahlandırmağın-əleyhinədir

Islam Times
  https://www.islamtimes.org