0
Tuesday 26 March 2013 - 10:47

Milli ənənəmiz vətəndaşın başına bəla oldu

Story Code : 249119
Milli ənənəmiz vətəndaşın başına bəla oldu
APA-nın məlumatına görə, adı çəkilməyən soydaşımız Rusiya ərazisində qeyri-leqal yaşayıb. Polis bu faktı müəyyənləşdirən zaman azərbaycanlı inzibati cəzadan və deportasiyadan yaxa qurtarmaq üçün polisin cibinə 3 min rubl pul qoymağa çalışıb. Rüşvət faktı ilə bağlı cinayət işi başlanıb, Tarbaqatay rayon məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub.  Soydaşımızın artıq cərimənin 70 min rublunu ödədiyi bildirilir.
Comment