0
Tuesday 26 March 2013 - 11:55

BMT-dəki diplomatımız azərbaycanlı tələbəni niyə döymək istəyib?

Story Code : 249133
BMT-dəki diplomatımız azərbaycanlı tələbəni niyə döymək istəyib?
“Nyu-York-siti” Universitetinin 3-cü kurs tələbəsi Emil İsmayıl Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı Fərid Cəbrayılov tərəfindən hədələrə məruz qalıb. Bu, martın 22-də Nyu-Yorkda yaşayan azərbaycanlıların diaspor təşkilatının keçirdiyi tədbir zamanı baş verib.
 
E.İsmayıl Turan-a bildirib ki, F.Cəbrayılov ona hücum edərək vurmaq istəyib. Lakin tədbirdə iştirak edənlər onları ayırıblar. E.İsmayılın sözlərinə görə, diplomat bundan əvvəl də tanışlarının vasitəsilə onu hədələyib. Buna səbəb tələbənin Azərbaycanda gənc fəallara təzyiqlərə etiraz olaraq Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin qarşısındakı aksiyada iştirak etməsidir.
 
Tələbənin sözlərinə görə, o, Nyu-York polisinə müraciət edib və ona araşdırma aparılacağını bildiriblər. F.Cəbrayılovun diplomatik toxunulmazlığının olmasına baxmayaraq, tələbə onun cəzalandırılmasına nail olmaq niyyətindədir.
 
Sözügedən insidentlə bağlı XİN və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən şərh almaq mümkün olmayıb.
 
AzNews.az
Comment