0
Tuesday 26 March 2013 - 15:13

BMT İsrail işğalını pisləyən 5 yeni qətnamə qəbul edib

Story Code : 249178
BMT İsrail işğalını pisləyən 5 yeni qətnamə qəbul edib
BMT İsrail işğalını pisləyən 5 yeni qətnamə qəbul edib
Islam times.org/az/ - Müşahidəçilərin yaydığı bəyanatda deyilir ki, İnsan Hüquqları Şurası tərəfindən qəbul edilən qətnamələr İsraili kəskin şəkildə tənqid etmişdir.

Bəyanatda deyilir ki, qətnamələrədən ən mühüm olanı Qərb Sahilində və işğal edilmiş Yerusəlimdə məskunlaşmanın təsiri haqqında Fakt Araşdırıcı Missiyanın təklif etdiyi tövsiyələrin həyata keçirilməsini tələb edir.

Qətnamə İsrailin işğal edilmiş Qərb Sahilindən geri çəkilməsini tələb edir və bu ərazilərdə İsrail məskunlaşmasını qeyri qanuni hesab edir. 45 üzv dövlət bu qətnamənin lehinə səs vermiş və yalnız üzv dövlətlədən ABŞ qətnamənin əleyhinə səs vermişdir.

Digər qətnamələr isə 2008-2009-ci illər Qəzza müharibəsi haqqında olan hesbatın həyata keçirilməsi və fələstinlilərin öz talelərini həll etmək üçün lazım olan hüquqların verilməsini tələb edir.

Hər bir qətanmənin əleyhinə səs verən yeganə üzv dövlət yalnız ABŞ oldu. Beş qətnamənin hər biri keçən bazar ertəsi günü Cenevrədə baş tutan BMT Şurasının 22-ci iclasında müzakirə edildi.
Source : İslamtimes
Comment