0
Tuesday 26 March 2013 - 15:34

ABŞ İrandan intiqam almaq istəyir, danışıqlar sadəcə bir hiylədir

Story Code : 249186
ABŞ İrandan intiqam almaq istəyir, danışıqlar sadəcə bir hiylədir
ABŞ İrandan intiqam almaq istəyir, danışıqlar sadəcə bir hiylədir
Islam times.org/az/ - İran məclisinin idarə heyətinin üzvü Huseyn Subhani deyib: “Amerikalılar bizə qarşı həmişə ikili siyasət yürüdüblər. Misal üçün, onlar bir tərəfdən deyirlər ki, İran ilə danışıqlar aparmaq istəyirlər, digər tərəfdən isə İran qarşı sanksiyaları intensivləşdirirlər.”

Millət vəkili əlavə edərək deyib ki, İran ilə danışqlar aparmaq iddiası ABŞ-ın hiyləsindən başqa bir şey deyil.

Millət vəkili ABŞ-ın İrana qarşı ədalətli mövqedə olmadığını demiş və bildirmişdir ki, Vaşinqton İrana qarşı mövqeyinə yenidən nəzər salmalı və Tehrana qarşı tətbiq etdiyi sanksiyaları dayandırmalıdır.

Subhani qeyd edərək bildirib ki, mövcud olan bütün sübutlar göstərir ki, əslində amerikalılar İran ilə probelmləri həll etmək istəmirlər və onların əsas məqsədi İslam Respublikasından intiqam almaqdır.

21 Martda İslam İnqilabın Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ABŞ-ın İran ilə danışıqlar aparmaq təklifinə toxunaraq deyib: “Müxtəlif yollar və mesajlar ilə amerikalılar bizimlə nüvə məsələsi üzərində danışıqlar aparmağa çalışırlar, ancaq mən bu danışıqlar haqqında optimist deyiləm.”

İslam Rəhbərinin bu açıqlamasından sonra ABŞ dövlət katibi John Kerry Vaşinqtonun İran ilə mövcud olan fərqlilikləri aradan qadırmaqda “israrlı” olduğunu bildirib.
Source : İslamtimes
Comment