QR CodeQR Code

Der Spiegel: Mossad casusu Hizbullaha gizli məlumatlar ötürüb

İslamtimes , 26 Mar 2013 16:18

İslamtimes - Almaniyanın məşhur jurnalı deyir ki, məhbus X adlanan İsrail Mossad casusu ölümündən əvvəl Livan müqavimət hərəkatı Hizbullaha mühüm gizli məlumatlar ötürüb


islamtimes.org/az/ - Həftəlik xəbər jurnalı olan Der Spiegel bazar günü bildirib ki, 2010-cu ilin axırlarında Tel Əviv həbsxanasında ölmüş Ben Zygier Hizbullaha Livan milliyətindən İsrailə cəsusluq edən şəxslər haqqında məlumat ötürüb.

Məlumata əsasən 2009-cu ilin may ayında İsrailə cəsusluq səbəbindən həbs edilən Livan vətəndaşları Zaid əl Homsi və Mustafa Əli Aşadeh Zygierin ötürdüyü gizli məlumatlar nəticəsində baş vermişdir.

Avstraliyalı jurnalist Trevor Bormann 12 fevralda Tel Əviv həbsxanasında asılaraq öldürülən Məhbus X-in kimliyini bəyan etmişdir.

Jurnalist iki il ərzində İsrail tərəfindən olan təziqlər səbəbindən Məhbus X-in kimliyini gizli saxladı.

Əslən Melburunda doğulmuş və Avstraliya-İsrail ikili vətəndaşlığı olan 34 yaşlı bu şəxs 2003-cü ildən bəri İsrail cəsus agentliyi olan Mossada çalışırdı.


Story Code: 249201

News Link :
https://www.islamtimes.org/az/news/249201/der-spiegel-mossad-casusu-hizbullaha-gizli-məlumatlar-ötürüb

Islam Times
  https://www.islamtimes.org