0
Tuesday 26 March 2013 - 23:19

“İranla AEBA arasında müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”

Story Code : 249259
“İranla AEBA arasında müzakirələrin uğurlu olması üçün hər cür siyasi qalmaqalın qarşısı alınmalıdır”
APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri  İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.
 
O bildirib ki,   ölkəsində uranın 20 faiz zənginləşdirilməsi prosesi uğurla davam edir: “ İranda uranın zənginləşdirilməsi sülh  məqsədləri, o cümlədən Tehran tədqiqat reaktorunun yanacağı, xəstəxanalarda radio izotopları üçün nəzərdə tutulub. AEBA-nın baş direktoru İranla bağlı fevral hesabatında bildirib ki, Tehranla  müzakirələr təxirə salınmadan davam etdiriləcək. Bu hesabatdan da görünür ki, İranın nüvə proqramında hərbi məqsədlərə doğru yayınma halı olmayıb”.
Comment