QR CodeQR Code

Lüksemburq Almaniyanı avrozonada hegemonluq etməkdə günahlandırıb

27 Mar 2013 12:14

IslamTimes - Lüksemburq XİN başçısı Jan Asselborn Almaniyanı Kiprə bank və maliyyə sektorunda siyasət diktə etməklə avrozonada hegemoniyaya nail olmaq istəyində günahlandırıb.


J.Asselbornun sözlərinə görə, Almaniya Avropa İttifaqı ölkələrinə hansı modeli seçməkdə diktə edə bilməz. «Maliyyə siyasətinin sırf texniki məsələləri adı altında digər ölkələrin nəfəs borusunun bağlanması yolverilməzdir», deyə o bildirib.
 
Xatırladaq ki, məhz Almaniya Kipr banklarının yenidən strukturlaşmasının təşəbbüskarıdır. Plana əsasən, Kipr Xalq bankı bağlanacaq, 100 min avroyadək əmanətlər isə bu bankdan Kipr Bankına köçürüləcək. 100 min avrodan yuxarı sığorta olunmamış depozitlərə vergi qoyulacaq.


Story Code: 249348

News Link :
https://www.islamtimes.org/az/news/249348/lüksemburq-almaniyanı-avrozonada-hegemonluq-etməkdə-günahlandırıb

Islam Times
  https://www.islamtimes.org