0
Wednesday 27 March 2013 - 13:04

Eynicinsli nikahlara qarşı etiraz aksiyası zorla dağıdıldı

Story Code : 249353
Eynicinsli nikahlara qarşı etiraz aksiyası zorla dağıdıldı
“Frans Press”in verdiyi məlumata görə, yüzlərlə gənc polis səddini yarıb. Toqquşmalar zamanı iki nəfər həbs edilib. Xəsarət alanlarla bağlı məlumat yoxdur. Təşkilatçılar aksiyada 1,4 milyona yaxın adamın iştirak etdiyini, polis isə aksiya iştirakçılarının sayının 300 min nəfər olduğunu bildirir.
“Hamı üçün nümayiş” təşkilatının təşəbbüsü ilə aksiya Fransa paytaxtının mərkəzində keçirilib. Ölkənin müxtəlif bölgələrindən Parisə gələn nümayişçilər mərkəzi küçələri doldurublar.
Aksiya iştirakçıları “Hamı üçün nikah” qanun layihəsinə etiraz ediblər. Bu qanun layihəsi qəbul olunsa, eynicinsli nikahlar qanuniləşəcək, belə cütlüklərə övladlığa uşaq götürməyə də icazə veriləcək. Bu təşəbbüsə qarşı sağçı müxalifət və katolik kilsəsi çıxış edir. Qanun layihəsi fevralın ortalarında Milli Şura (parlamentin aşağı palatası) tərəfindən qəbul edilib. Senatda müzakirə isə aprelin əvvəlinə planlaşdırılır. /NewsPaper/
Comment