0
Thursday 28 March 2013 - 08:50

BMT Suriyada sülhyaratma əməliyyatına hazırlaşır

Story Code : 249501
BMT Suriyada sülhyaratma əməliyyatına hazırlaşır
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin müavini Erve Ladsus məlumat verib.
 
«Təəssüf ki, Suriya böhranının sülh yolu ilə nizamlanmasında heç bir irəliləyiş yoxdur, siyasi proses başlamayıb. Buna baxmayaraq, biz qəflətən vəziyyət dəyişsə, hazır olmaq üçün işimizi davam etdiririk», deyə o bildirib.
 
Erve Ladsus Suriyada baş verənləri «dəhşətli faciə» adlandırıb, lakin ümid etdiyini bildirib ki, münaqişə edən tərəflər nəhayət öz hərəkətlərinin mənasızlığını və onların dəhşətli nəticələrini anlayacaqlar.
 
«Biz inanırıq ki, BMT və ƏDL-nın birgə nümayəndəsi Lahdar İbrahiminin vasitəçilik missiyası uğurlu olacaq», deyə o əlavə edib.
Comment