0
Friday 29 March 2013 - 00:02

Türkiyədə Suriya qaçqınları ilə Türk polisi arasında qarşıdurma olub

Story Code : 249711
Türkiyədə Suriya qaçqınları ilə Türk polisi arasında qarşıdurma olub
Türkiyədə Suriya qaçqınları ilə Türk polisi arasında qarşıdurma olub
Islam times.org/az/ - Röytersin yaydığı məlumata görə qarşıdurma çərşənbə günü Türkiyənin Aksakale şəhəri yaxınlığında yerləşən Suleyman Şah qaçıqn düşərgəsində baş verib.

Polsilər göz yaşardıcı qazlardan və su şırnaqlarından istifadə edərək etirazçıları dağıtmağa cəhd etdikləri zaman düşərgə sakinləri polis qüvvələrinə daşlar atıblar.

Qaçqınlar bildiriblər ki, onlar düşərgədə mövcud olan çox pis şəraitə görə etiraz ediblər və etiraz elektrik enerjisində baş verən qısa qapanma nəticəsində çadırın yanaraq 7, 8 və 19 yaşlarında olan üç nəfərin ağır zədələnməsinə səbəb olduqdan sonra baş verdi.

Qaçqınlardan biri deyib: “Sakinlər narazıdır… O çadırda yaşayan dörd uşaq anası uzun zamandır ki, çadırdakı enerji problemindən şikayət edir, ancaq heç bir kəs buna baxmır və bu səbəbdən də bu faciə baş verdi.”

O əlavə edərək deyib ki, Suleyman Şah qaçqın düşərgəsində yaşayış şəraiti çox pisdir və bəzi vaxtlarda bir neçə ailə bir çadırın içində qalmağa məcbur olurlar.

O həmçinin qeyd edərək bildirib ki, Türk işçiləri ilə qaçıqnlar arasında vəziyyət gərgindir.

Hərhalda Türk rəsmiləri élan edərək bildiriblər ki, toqquşma Türk polsinin 200-ə yaxın suriyalının düşərgədən kənara çıxmalarının qarşısını aldığı zaman baş verib.

Yardım agentliklərinin bildirdiyinə görə bir milyondan çox insan Suriyada mövcud olan münaqişə səbəbindən ölkəni tərk ediblər.
Source : İslamtimes
Comment