QR CodeQR Code

Aprelin 12-də etiraz aksiyası keçiriləcək

29 Mar 2013 14:06

IslamTimes - Aksiya gənc fəallara qarşı repressiyalara son qoyulması tələbilə keçiriləcək.


Facebook sosial şəbəkəsində yaradılan qrup aprelin 12-də saat 18:00-da Fəvvarələr Meydanında “Gənclərdən əlini çək” adlı aksiya təyin edib. Aksiya gənc fəallara qarşı repressiyalara son qoyulması tələbilə keçiriləcək.
Qrupun yaradıcısı, Qənimət Zahid bildirib ki, diktatura gənclərə qarşı xüsusi amansızlıq siyasətinə başlayıb.
“Bu, ölməkdə olan rejimin son çırpıntılarıdır və bu mərhələnin ağrısız ötüşməsi üçün ölkə ictimaiyyəti bir həmrəylik nümayiş etdirməlidir. “Əsgər ölümlərinə son!” aksiyalarının iştirakçılarına divan tutan rejim ən yaxın keçmişin və ən yaxın gələcəyin əsgərlərinə divan tutmaqla bu etirazları söndürmək istəyir. Rejimi rədd etmək üçün gəncliyi xilas etmək əsas hədəflərdəndirsə, gəncliyin qurtuluşunun tək yolu da birləşmək və nəhəng bir gücə çevrilməkdən keçir”, o yazıb.
O, gənclərə qarşı repressiyalara son qoyulması naminə 12 aprelin həmrəylik günü elan olunmasını təklif edib.


Story Code: 249770

News Link :
https://www.islamtimes.org/az/news/249770/aprelin-12-də-etiraz-aksiyası-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org