QR CodeQR Code

Suriya rəsmiləri 300-dən artıq səudiyyəli silahlını həbs ediblər

30 Mar 2013 08:29

IslamTimes - Səudiyyə rejimi də Əl-Qaidə terroristlərinin Bəşar Əsədə qarşı vuruşduğunu təsdiqləyir.


Suriya həbsxanalarında 300-dən artıq müxaliflərin tərəfində döyüşmüş səudiyyəli «Əl-Qaidə» üzvü var. Bu barədə APA Suriya əl-Ən agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, 500-dən artıq səudiyyəli isə terroristlərin tərəfində döyüşməkdə davam edir.
 
Dəməşq və Ər-Riyad arasında rəsmi səviyyədə əlaqələrin kəsilməsini nəzərə alaraq məhbusların və həlak olmuş səudiyyəlilərin cəsədlərinin geri verilməsi ərəb şeyxlərinin vasitəçiliyi ilə aparılır.
 
Səudiyyə Ərəbistanı DİN-in rəsmi nümayəndəsi Mənsur ət-Türki barələrində axtarış elan olunmuş «Əl-Qaidə» üzvlərinin Suriyaya keçdiklərini bildirib. Onun sözlərinə görə, «Suriyada döyüşmüş hər kəs, sərhədi keçən kimi Səudiyyə rəsmiləri tərəfindən həbs ediləcək».


Story Code: 249918

News Link :
https://www.islamtimes.org/az/news/249918/suriya-rəsmiləri-300-dən-artıq-səudiyyəli-silahlını-həbs-ediblər

Islam Times
  https://www.islamtimes.org