QR CodeQR Code

İndi də Fransa Hizbullahı hədələyir

XezerXeber , 30 Mar 2013 08:59

IslamTimes - Avropa Birliyi Hizbullah təşkilatının terror fəaliyyəti ilə məşğul olmasına dair heç bir sübut olmadığını bildirib.


Bəhreyn rejimindən sonra indi də Fransa Livanın Hizbullah təşkilatını “terrorçu təşkilatlar siyahısı”na salmaq istədiklərini bildirir.
 
Bu barədə İsrail rejimi Avropa ölkələrinə müraciət etmişdi.
 
İsrail rejimi və ABŞ tərəfindən “terror təşkilatı” kimi tanınan, Livan parlamentində təmsil olunan Hizbullah təşkilatını bundan öncə Avropa Birliyi bu siyahıya salmaqdan imtina edib.
 
Avropa Birliyi Hizbullah təşkilatının terror fəaliyyəti ilə məşğul olmasına dair heç bir sübut olmadığını bildirirdi.
 
Fransa hökuməti isə iddia edir ki, Hizbullah təşkilatı Suriyada Bəşər Əsəd hökumətini dəstəkləyir və buna görə də onlar “terror təşkilatı” kimi tanınmalıdır.
 
Eyni zamanda, Fransa xarici işlər naziri Laurent Fabius ilə ABŞ dövlət katibi Con Kerrinin bu mövzunu müzakirə etdikləri bildirilir.


Story Code: 249921

News Link :
https://www.islamtimes.org/az/news/249921/indi-də-fransa-hizbullahı-hədələyir

Islam Times
  https://www.islamtimes.org