QR CodeQR Code

ABŞ-da “İsrailə yardımı dayandır” adlı kompaniya həyata keçirilir

İslamtimes , 31 Mar 2013 01:10

İslamtimes - ABŞ-dakı Fələstin yönümlü hüquq müdafiəçiləri Vaşinqtonun İsrail rejiminə dəstəyinə etiraz əlaməti olaraq élan kompaniyasına başlayıb.


islamtimes.org/az/ - Fələstin naminə Amerika müsəlmanları qrupu çərşənbə axşamı günü kompaniyaya start vermiş və bu kompaniya çərçivəsində Nyu York şəhəri boyunca yerləşən 25 metro-qatar dayanacaqlarında dörd həftə müddətində “İsrailə yardımı dayandır” başlıqlı élan lövhələr asılacaq.

Elan lövhələrdə İsrailin Fələstini işğal etməsinə son qoyulması və ABŞ-ın hər il İsrail rejiminə ayırdığı yardımı dayandırması tələb olunur.

Qrupun sədri Hatim Baziya deyib: “Bügun biz həqiqətən də İsrail zorakılığını maliyyələşdiririk və artıq bu yardıma son qoymaq və ədaləti müdafiə etmək vaxtı gəlib çatıb.”

İsrail hər il ABŞ-dan 3 milyard dollar dəyərində yardım alır. İsrail həmçinin hər il ABŞ-dan hərbi yardım adı altında 70 milyon dollar dəyərində yardım alır.

Baziya hımçinin deyib ki, qrup bu kompaniyanı ABŞ prezidenti Barak Obamanın Yaxın Şərqə səfəri müddətində başlatmaqla bildirmək istəyir ki, Yaxın Şərqdə mövcud olan münaqişənin əsas səbəbkarı ABŞ administratiyasının dəstəklədiyi işğalçı İsrail rejimidir.

ABŞ prezidenti 20 martda Yaxın Şərq regionuna üç günlük səfər etdi. Səfər çərçivəsində Tel Əvivdə İsrail baş naziri Benyamin Netanyahu ilə görüşmüş və bir daha İsrail rejiminə dəstək verəcəyinə söz vermişdir.


Story Code: 250161

News Link :
https://www.islamtimes.org/az/news/250161/abş-da-israilə-yardımı-dayandır-adlı-kompaniya-həyata-keçirilir

Islam Times
  https://www.islamtimes.org