0
Sunday 31 March 2013 - 10:44

Həqiqətpur: Nə üçün Qarabağ məsələsindən qaçırsınız?

Story Code : 250211
Həqiqətpur: Nə üçün Qarabağ məsələsindən qaçırsınız?
Ərdəbilin İslam Şurası Məclisindəki nümayəndəsi Mənsur Həqiqətpur deyib: İrana qarşı böyük ittihamlar irəli sürülüb. Qarabağ müharibəsində ermənilərin xeyrinə bir iş görmüşükmü? Bakıda bir rəsmi ardınca idik ki, bu məsələləri onunla birlikdə həll edək. Mən cavab verəm və xalq şübhələrin qaynağından məlumatlı olsun. Lakin hər kimlə Qarabağdan söz açıram, məsələni dəyişir. İnsan adətən özü müqəssir olduğu iş barəsində danışıqdan qaçır.
 
Mənsur Həqiqətpur Bakıda Qarabağ məsələsinin ciddi mübahisəsinin dondurulması üçün səylər barəsində yazıb: Qarabağın işğalı qara ləkədir və görünür hökumət əsla Qarabağı azad etmək ardınca deyil. Nə üçün? Çünki əvvəla onlar bərbəzəkli yaşamağa öyrəşmiş şəxslərdir. Güllə səsindən qorxur və özlərinə başağrısı yaratmaq istəmirlər. İkincisi bu iş həqiqi bir ordunu tələb edir. Rüşvət və əsgərlərin ölümü əsas mehvəri olan ordu, namaz qılmaq cinayəti ilə insanları kənarlaşdırılan və hərbi təchizat və təlimləri olmayan ordu hansı işi görə bilər? Təəssüflər ki, Azərbaycanda da ordu çirkli pulların yuyulması üçün bir bəhanədir. Azərbaycan hökuməti sionist rejimdən silah alır. Lakin öhdəlik də götürür ki, onlardan Ermənistana qarşı istifadə etməsin.
Həqiqətpur Azərbaycan Respublikası parlamentinin bir deputatı ilə yazılı mübahisəsinə toxunaraq yazıb: Xəbərləri izləyən şəxslər bilirlər ki, öz sözümü çatdırmaq üçün bir müddətdir Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovu televiziyada canlı yayım şərti ilə Araz çayının kənarında iki ölkə arasındakı problemlər barəsində danışıqlar aparmağa dəvət etdim. Çox istəyirdim ki, həm Azərbaycan Respublikası xalqı, həm də İran xalqı bu danışıqları canlı şəkildə izləsinlər və şahid olsunlar ki, münasibətlərin soyuqluğu yalnız düşmənin məkrli planıdır. Bu iki xalq bir-birinin qardaşıdır və sevgidən başqa bölməyə bir şeyləri yoxdur. Lakin Novruzovun son cavabından məyus oldum. Əgər o desəydi ki, gələn Novruzda Qarabağda danışacağıq, sevinərdim. Lakin dedi ki, gələn il Təbrizdə “parlament sədri” olanda müzakirə aparacağıq! Azərbaycan Respublikası Milli Məclisinin deputatı və hakim Yeni Azərbaycan partiyasının rəhbərlərindən biri beynəlxalq hüquq və normalardan da xəbərsizdir. Biri soruşmalıdır ki, cənab Novruzov! Əgər bu qədər gücün varsa, nə üçün Qarabağı geri almırsan? Sən 20 ildir super güclərin qarşısında əyilibsən ki, Qarabağı alsınlar və sizə qaytarsınlar. Lakin İran 33 ildir ki, dünya imperialistləri ilə döyüşür. Bir qarış belə olsun geri addım atmayıb və bir dəfə olsun belə əyilməyib. Cənab Siyavuş Novruzov! Təbrizi dünya homoseksuallarının meydanına çevirdiyiniz məzlum Bakı ilə eyni şəkildə görürsünüz? Yadınızda qalsın ki, heç bir təbrizli hətta boş çamadanı belə sizə əmanətə verməz. İranı gəzin və Təbriz əhlinin etimadını görün. Təbriz əhalisini bir ucu Təl-Əvivdə, bir ucu isə Vaşinqtonda olan qalstukla aldatmaq olmaz. Hamımız bilirik ki, Azərbaycanda parlament deputatları necə seçilirlər. Elşad Abdullayevin videoları bunları yaxşı formada nümayiş etdirdi. Lakin Təbriz Bakı deyil ki, bir şəxs rüşvətlə, sifarişlə və yaxud kiminsə hesabına parlamentin deputatı olsun. Mən ədəbə riayət edərək ayrı-ayrı yazılarda Novruzovun cavabını verdim. Mən istəyirdim ki, yaranmış şübhələrə cavab verəm. Amma əgər sədaqətlik yeri olmazsa, quyuya yaxınlaşan insan digərlərin xəbərdarlıqlarına inanmaz. /haqqyolu/
Comment