0
Monday 3 May 2010 - 11:49
Dr velayəti :

İran NPT sazişinə loyallıq göstərir

Story Code : 25026
İran NPT sazişinə loyallıq göstərir
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri hökumət başçısının nüvə silahlarının yayılmaması sazişini nəzərdə keçirməyə konfransında şəxsən iştirak etməsini bu dövlətin nüvə məsələsinə böyük önəm verməsinin əlaməti adlandırıb.
Əliəkbər Vilayəti bu gün İİR-nin prezidenti Mahmud Əhmədinejadı Nyu-Yorka yola salarkən deyib: Cənab Əhmədinejadın Nüvə Silahlarının Yayılmaması Sazişi (NPT)-nin nəzərdən keçirilməsi iclasında iştirakı rəsmi Tehranın nüvə enerjisindən sülhməramlı məqsədlərdə istifadə barədə şəffaf mövqeyinin daha geniş yayılmasına münbit şərait yaradacaqdır.
İnqilab Rəhbərinin Beynəlxalq Məsələlər üzrə məsləhət çisi ümidvarlığını bildirib ki, Nyu-York iclası NPT Sazişinin bütövlükdə qoyulmasına yol aça bilər.
İİR-nin prezidenti sabah Nyu-Yorkda Nüvə Silahlarının Yayılmaması Sazişini nəzərdən keçirmə iclasında nitq söyləyəcək və bu dövlətin nüvə məsələsi ilə əlaqədar son mövqeyini dünya ölkələrinin diqqətinə çatdıracaq.
Source : IRIB
Comment