QR CodeQR Code

İranda Kruz əleyhinə raket sipəri hazırlanıb

3 May 2010 11:54

İran İslam Respublikasının müdafiə naziri hər dəqiqədə 4 min mina ataraq Kruz raketlərini göydə məhv etmək qüdrətinə malik olan yeni raket sistemi hazırlandığını bildirib.


İran İslam Respublikasının müdafiə naziri hər dəqiqədə 4 min mina ataraq Kruz raketlərini göydə məhv etmək qüdrətinə malik olan yeni raket sistemi hazırlandığını bildirib.
General-mayor Əhməd Vəhidi Fars Xəbər Agentliyi ilə müsahibədə deyib: Müdafiə Nazirliyinin mütəxəssisləri hər dəqiqədə 4 min mina atan yaxın mənzilli havadan müdafiə sistemi hazırlayıb və beləliklə aşağı məsafədə Kruz raketlərini məhv etməyə qadirdir.
General Vəhidi həmçinin bu nazirliyin havadan müdafiə üçün modern sistemlər üzərində işlədiyini xatırladaraq qeyd edib ki, yaxın və uzaq mənzili havadan müdafiə sistemlərinin dizayn işləri təkmilləşmək üzrədir.
Generalın sözlərinə görə, Mirsad sistemi və Şahin raketi həmin tipli müdafiə silahlarından olaraq artıq ölkənin hərbi-müdafiə sənayesində istehsal edilir.
Nazir sözü gedən sistemin yaxın zamanlarda silahlı qüvvələrə təhvil veriləcəyini qeyd edib.


Story Code: 25029

News Link :
https://www.islamtimes.org/az/news/25029/iranda-kruz-əleyhinə-raket-sipəri-hazırlanıb

Islam Times
  https://www.islamtimes.org