0
Sunday 31 March 2013 - 21:55

Çingiz Qənizadənin ittihamına cavab

Story Code : 250372
Hacı İlqar İbrahimoğlu
Hacı İlqar İbrahimoğlu
Millət vəkili Çingiz Qənizadə Içərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı Ilqar Ibrahimoğlunun QMI haqqında söylədiyi fikirlərinə münasibət bildirib. Xatırladaq ki, Hacı Ilqar Ibrahimoğlu “Qafqazinfo”ya müsahibəsində Qafqaz Müsəlmanları Idarəsinin Çar Rusiyası dövründə yaradılmış və daha çox iqtidarlara xidmət edən bir qurum olduğunu deyib.
Buna cavab olaraq Ç.Qənizadə Publika.Az-a açıqlamasında deyib ki, I.Ibrahimoğlunun Azərbaycanda Islam dini və Qafqaz Müsəlmanları Idarəsinin (QMI) fəaliyyəti ilə bağlı söylədiyi fikirlər qəbuledilməzdir. Ç.Qənizadə I.Ibrahimoğlunun QMI haqqında söylədiyi fikirləri əsassız adlandırıb. O eyni zamanda bildirib ki, Hacı Ilqar Ibrahimoğlunun söylədikləri olduqca ciddi və təhlükəli fikirlərdir. Deputat həmçinin Hacı Ilqar Ibrahimoğlunun Iranın təsiri altına düşdüyünü deyib.
Millət vəkilinin söylədiklərinə qarşı tərəfin də cavabı özünü çox gözlətməyib. Hacı Ilqar Ibrahimoğlu “Azadlıq”a açıqlamasında ilk olaraq qeyd edib ki, “Qafqazinfo”dakı müsahibəsinin başlığı bir qədər kontekstdən çıxarılıb. Müsahibənin daxilində isə hər şey doğrudur və onun söylədiyi fikirlər əks olunub. Lakin, görünür, bəziləri müsahibəni tam mütaliə etməyiblər. Əgər mütaliə edərək belə reaksiya veriblərsə, bu zaman da təəcüblənməyə əsas yoxdur: “Reaksiya verənlərin bu kimi, yeri gəldi-gəlmədi, hakimiyyətə vəkillik etməsi də ilk dəfə baş vermir. Həmin tip insanlar haqqımızda müsbət fikir desəydilər, təəccüblü olardı. Narahatlıqlarına səbəb olan nöqtələrə gəldikdə, bir daha bildirirəm, hakimiyyətin Islama din olaraq o vaxt qarışmaq hüququ var ki, ölkədə Islam rəsmi din olaraq qəbul olunsun. Belə bir ənənə bəzi Avropa ölkələrində xristianlıqla bağlı var. Amma bizdə belə bir məsələ yoxdursa, hakimiyyətin Islam dininin işlərinə qarışması yersizdir. Yalnız dini etiqad və hüquq azadlıqlarının təminindən söhbət gedə bilər. Ümumilikdə isə, bayrağımızın fəlsəfəsinə uyğun olaraq, qeyd etdiyim kimi, bəzi Avropa ölkələrində xristisnlığın olduğu kimi, bizdə də Islamın bayrağımız kontekstində rəsmi din olaraq qəbul olunmasına müsbət baxıram. Təbii ki, bu, xalqın seçiminə bağlıdır. QMI-nin Çar dönəmində yaramasına və imperiya maraqlarının təmini üçün meydana çıxmasına və tarixən iqtidarların xidmətində olmasını vurğulamağımız isə, o qədər aydındır və aksiomatikdir ki, buna etiraz edənlərlə bağlı aydın təəssürat yaradır. Həbsdə olan inanclı insanların müdafiəmizdən də narahatçılıq ifadə etmələri ilə bağlı da xüsusi şərh verməyə ehtiyac görmürəm. Bir daha bəyan edirəm ki, DEVAMM olaraq həbsə atılmış inanclı insanları siyasi və vicdan məhbusu sayırıq. Iran və digər ittihamlara gəldikdə isə, bu kimi 37-ci il tipli yarlıqlara immunitetimiz var. Görünür, bəziləri üçün özünüifadə qeyri-mümkün görsəndiyi üçün, başqaları haqqında ayrı cür düşünə bilmirlər”.
Source : Deyerler
Comment