0
Monday 1 April 2013 - 11:28

Şimali Koreya ABŞ-ı belə vurmağı planlaşdırır

Story Code : 250492
Şimali Koreya ABŞ-ı belə vurmağı planlaşdırır
"NK-News"in verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin yüksək çinli ordu rəsmiləri ilə birgə toplantı keçirib. Toplantıda ABŞ və Cənubi Koreya ilə müharibə başlayacağı təqdirdə hansı ərazilərin vurulması dəqiqləşib.
 
Qeyd edək ki, yerli mətbuat yığıncaqla bağlı bir neçə şəkili ictimaiyyətə təqdim edib. Şəkillərdə Şimali Koreyanın ABŞ-ın hansı ərazilərini vuracağı öz əksini tapıb. Amerikanı hədəfə strateji plana əsasən, KXDR rəhbərliyi uzun mənzilli raketlərlə ABŞ-ın Havay, Kaliforniya, San Diyeqo və Vaşinqton kimi ərazilərinə zərbə endirəcək. /Faktxeber/
Comment