QR CodeQR Code

B. ibn Sultan Tehran-Qahirə rabitələrini nəzarətdə saxlayacaq

3 Apr 2013 08:23

IslamTimes - Səudiyyə rejiminin Kəşfiyyat rəisi Bəndər ibn Sultan Tehran-Qahirə rabitələrini nəzarətdə saxlayacaq.


"IslamTimes" Livanın "Əd-Diyar" qəzetinə istinadən xəbər verir ki, Misir inqilabından sonra bu ölkənin ziyalıları, mütəfəkkirləri və dövlət rəsmiləri İran İslam Respublikası ilə uzun müddətdən bəri qırılmış rabitələrin bərqərar olunması fikrinə düşdülər. Misir rəsmiləri son günlər daxildəki bəzi partiyaların xarici fitnəkarlarla əl-ələ verməsinə baxmayaraq uyğun məsələ ilə bağlı böyük addımlar atıb.

Amma Tehran-Qahirə münasibətlərinin normallaşması bir sıra Qərb ölkələri ilə yanaşı Səudiyyə Ərəbistanını da yaman narahat edib. Elə bu üzdən də Səudiyyə rejiminin Kəşfiyyat rəisi Bəndər ibn Sultana bu münasibətləri nəzarətdə saxlamaq göstərişi verilib. Bəndər ibn Sultan İranla Misir dövlətinin Suriya mövzusundakı qərarlarını daha ciddi şəkildə araşdıracaq.

Bəzi informasiya agentlikləri isə Ərəbistan və Misirin Təhlükəsizlik Nazirlikləri arasında gizli rabitələrdən yazır. Bu əlaqələrdən Misir rəsmiləri xəbərsizdir.

Bundan öncə də ərəb analitikləri Qətər və Səudiyyə Ərəbistanının əl-ələ verərək Misir inqilabını əsil hədəfindən yayındırmağa çalışdığını yazmışdı.


Story Code: 251060

News Link :
https://www.islamtimes.org/az/news/251060/b-ibn-sultan-tehran-qahirə-rabitələrini-nəzarətdə-saxlayacaq

Islam Times
  https://www.islamtimes.org