QR CodeQR Code

Fransa müsəlmanları hicab qadağasının ləğvi üçün imza toplamağa başlayıb

3 Apr 2013 13:44

IslamTimes - Fransada “İslamofobiya Əleyhinə Assosasiya” tərəfindən “islamofobiya ilə mübarizə üçün sizin 5 dəqiqəniz” adlı genişmiqyaslı ictimai kampaniya başlayıb.


Aksiya təşkilatçıları cəmi bir neçə gün ərzində Fransa parlamenti tərəfində hicabın qadağan edilməsi haqqında qəbul edilmiş qanunun ləğvi üçün 5 mindən çox imza toplayıb, - “İslamNyus”.
 
İmza atanlar eyni zamanda İslamofobiya ilə mübarizə aparmaq üçün xüsusi parlament komissiyasının yaradılmasını tələb edir. Assosasiya ölkədə islamofobiyanın təhlükəli dərəcəyə qədər artmasından narahatlığını bildirir və bununla kompleks halda mübarizə aparmağa çağırır.
 
/Deyerler/


Story Code: 251161

News Link :
https://www.islamtimes.org/az/news/251161/fransa-müsəlmanları-hicab-qadağasının-ləğvi-üçün-imza-toplamağa-başlayıb

Islam Times
  https://www.islamtimes.org