QR CodeQR Code

Sabah Masallı dindarlarının növbəti məhkəmə prosesi keçiriləcək

Xeber44 , 4 Apr 2013 00:43

İslamtimes - Məhkəmə saat 10:00 da Lənkəran Ağır Cinayətlər məhkəməsində keçiriləcək .


Xeber44.com-a verilən məlumata görə, Sabah Lənkəran Ağır Cinayətlər məhkəməsində Masallıda şərlənərək həbs olunan 8 dindarın növbəti məhkəmə iclası keçiriləcək.

Məhkəmə saat 10:00 da Lənkəran Ağır Cinayətlər məhkəməsində keçiriləcək.

Qeyd edək ki,sentyabr ayında Masallı rayonunda 9 dindara qarşı əsassız yerə şərlənərək kütləvi həbslər oldu.Həbs olunan dindarlara qarşı müxtəlif cinayət maddələri açıldı.

Yalnız onlardan biri, İlahiyyatçı Abuzər Axundovun məhkəməsi Masallı rayonunda keçirilib və 1 il həbs cəzası alıb.. Digər 8 nəfərin məhkəməsi isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Xatırladaq ki,Mart ayının 12-də Həbs olunan 8 nəfərdən biri Vüsal Quliyev xəstəliyi ilə əlaqədar məhkəmə zalından polis nəzarəti altında qalmaq şərti ilə evə buraxılıb.

Barələrində müxtəlif cinayət maddələri açılmış 8 nəfər bunlardır: "Xeber44.com" İnternet qəzetinin baş redaktoru Araz Quliyev, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev, Rza Ağalı, Vüsal Quliyev, Namiq Kişiyev, Nicat Əliyev.


Story Code: 251288

News Link :
https://www.islamtimes.org/az/news/251288/sabah-masallı-dindarlarının-növbəti-məhkəmə-prosesi-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org