0
Thursday 4 April 2013 - 00:43

Sabah Masallı dindarlarının növbəti məhkəmə prosesi keçiriləcək

Story Code : 251288
Sabah Masallı dindarlarının növbəti məhkəmə prosesi keçiriləcək
Sabah Masallı dindarlarının növbəti məhkəmə prosesi keçiriləcək
Xeber44.com-a verilən məlumata görə, Sabah Lənkəran Ağır Cinayətlər məhkəməsində Masallıda şərlənərək həbs olunan 8 dindarın növbəti məhkəmə iclası keçiriləcək.

Məhkəmə saat 10:00 da Lənkəran Ağır Cinayətlər məhkəməsində keçiriləcək.

Qeyd edək ki,sentyabr ayında Masallı rayonunda 9 dindara qarşı əsassız yerə şərlənərək kütləvi həbslər oldu.Həbs olunan dindarlara qarşı müxtəlif cinayət maddələri açıldı.

Yalnız onlardan biri, İlahiyyatçı Abuzər Axundovun məhkəməsi Masallı rayonunda keçirilib və 1 il həbs cəzası alıb.. Digər 8 nəfərin məhkəməsi isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Xatırladaq ki,Mart ayının 12-də Həbs olunan 8 nəfərdən biri Vüsal Quliyev xəstəliyi ilə əlaqədar məhkəmə zalından polis nəzarəti altında qalmaq şərti ilə evə buraxılıb.

Barələrində müxtəlif cinayət maddələri açılmış 8 nəfər bunlardır: "Xeber44.com" İnternet qəzetinin baş redaktoru Araz Quliyev, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev, Rza Ağalı, Vüsal Quliyev, Namiq Kişiyev, Nicat Əliyev.
Source : Xeber44
Comment