0
Tuesday 4 May 2010 - 17:53
NPT adı DNPT olsun :

Nyu-York iclasında İranın maraqlı təklifləri

Story Code : 25149
Nyu-York iclasında İranın maraqlı təklifləri
Nüvə silahlarının yayılmamasına dair NPT adlı sazişin adı DNPT -yə yəni nüvə tərk silahı və nüvə silahlarının yayılmamasına qadağa qoyan sazişə dəyişilməlidir .
Bazar ertəsi günü Nyu-Yorkda NPT sazişinin yenidən nəzərdən keçirilməsi konfransında bu bəyanatla çıxış edən İİR-nin prezidenti Mahmud Əhmədinejad nüvə silahlarının yayılmamasına dair sazişin 6-cı maddəsinin icra prioritetinin hazırlanması məqsədi ilə müstəqil beynəlxalq bir qrupun yaradılmasının hazırlanması məqsədi ilə müstəqil beynəlxalq bir qrupun yaradılmasının zərurətini vacib sayaraq dünyada tez bir zamanda bütün nüvə silahlarının alt-üst edilməsini tələb edib.
Əhmədinejad nüvə qüdrətinə malik ölkələrin tam tərksilah olunmasına qədər və heç bir ilkin şərt irəli sürmədən və ayrı-seçkilik tətbiq olunmadan hərtərəfli təhlükəsizliyin bərqərar olunmasına dair qanunlar və zəmanətlər verilməsini nəzərdə tutduğu nailiyyətlərindən biri adlandırıb.
İİR-nin prezidenti həmçinin belə bir təklif irəli sürüb: Nüvə silahlarının və nüvə obyektlərinə aid hər hansı bir araşdırma , inkişaf və nüvə silahlarının modernləşdirilməsi dərhal dayandırılmalı və yaradılmış qrup silahların dürüstlüyünü sınaqdan keçirməyi dizaynlaşdırmalıdır .
Əhmədinejad habelə nüvə silahlarının istehsalı ,anbar edilməsi, xüsusilə də bu silahların yayılması , qorunması və istifadə edilməsinə tam qadağanın qoyulması üçün həyata keçirilməsi vacib olan prioritetin hazırlanmasının zərurətini vacib sayıb .
İran dövlətinin başçısı, həmçinin nüvə silahı hücumu ilə hədələyənlər və bu silahlardan istifadə edən ölkələrin MAQATE-nin idarə heyətinə üzvlüyün dayandırılmasını təklif edib .
O deyib: Bu qüvvələrin iştirakı həmçinin onların agentliyə təsir nüfuzu göstərdiyi təzyiqi qanunların, o cümlədən müahidənin 4 və 6-cı maddələrinin həyata keçirilməsinə mane olub, hətta bu beynəlxalq agentliyin qanuni missiyalarının öz məcrasından yayınmasına səbəb olub. Xüsusilə də Yaponiyanın əleyhinə atom bombasından istifadə etmək təcrübəsinə malik və İraq müharibəsində belə zəifləşmiş urandan da istifadə edən Amerika dövləti necə MAQATE-nin idarə heyətinə üzv ola bilər?
İran dövlətinin başçısı həmçinin özünün digər bir təklifini açıqlayaraq qeyd edib : Nüvə silahlarının yayılmamasına dair sazişə qeyri üzv ölkələrin hər biri ilə nüvə sahəsində hər bir əməkdaşlıq dayandırılmalı və qeyri üzv ölkələrlə öz əməkdaşlığını davam etdirən ölkələrə qarşı əsaslı tənbih tədbirləri nəzərdə tutulub hazırlanmalıdır .
Əhmədinejad həmçinin təklif edib ki, hücum ya nüvə silahından hər hansı bir istifadə habelə nüvə obyektlərinə qarşı hücum əsasən beynəlxalq sülh və sabitliyin pozucu faktı hesab olunub və BMT bu məsələyə möhkəm reaksiya verərək nüvə silahlarının yayılmamasına dair sazişə üzv ölkələrin hücumla hədələyən ya hücumçu ölkə ilə əlaqəsi kəsilməlidir .
İİR-nin prezidenti habelə 1995 Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi ilə bağlı 1995 konfransı qətnaməsini qeyd-şərtsiz və dərhal həyata keçirilməsini tələb edib.
İİR-nin prezidenti özünün digər bir təklifini şərh edərkən bildirib : ABŞ və müttəfiqlərinin digər ölkələrdə o cümlədən Almaniya , İtaliya , Yaponiya və Hollandiyadakı hərbi bazaları yığışdırılmalıdır .
Nyu-York iclasında BMT Təhlükəsizlik Şurasının strukturuna düzəlişin verilməsi üzrə kollektiv səy edilməsini tələb edən Əhmədinejad xatırladıb: BMT-nin TŞ-nin strukturu son dərəcə ədalətsiz və yararsızdır və nüvə silahına malik qüvvələrin əsas himayəçilərindəndir.
İİR-nin prezidenti vurğulayıb : Təhlükəsizlik Şurasının strukturunda islahatın aparılması və nüvə silahlarının yayılmamasına dair sazişə düzəlişin verilməsi və tamamlaması lazım və zəruridir. Agentliyin hədəflərinin reallaşması üçün zərurət daşıyır.
Nyu-York iclasında BMT-nin TŞ-dan və MAQATE-dən birtərəfli surətdə və bir vasitə kimi istifadənin edilməsini, xüsusilə də çox cəhətli meyar prinsiplərin həyata keçirilməsini dünyada nüvə silahlarının genişləndirilməsinin əsas səbəblərindən sayan İran prezidenti xatırladıb : Yüzlərlə atom başlığını ehtiyata almış və bir neçə böyük müharibənin yaranmasında təqsirkar tanınan Sionist İsrail rejimi nüvə silahlarını genişləndirməkdə ABŞ dövləti və müttəfiqləri tərəfindən maliyyələşdirilir .

Əhmədinjad onu da sözlərinə əlavə edib ki , bu dövlətlər başqalarının sülhməramlı nüvə fəaliyyətlərində yayınma ehtimalını bəhanə edərək bu haqda konkret və möhkəm bir sənəd təqdim etmədən beynəlxalq agentliyi müxtəlif təzyiqlərə məruz qoyurlar .
İran dövlətinin başçısı qeyd edib : Daxil olan bir sıra mötəbər məlumatlara əsasən dünyada 20 min dən çox nüvə başlığı mövcuddur ki , onların 50%-i Amerikaya aiddir.
İİR-nin prezidenti habelə son vaxtlar Tehranda "nüvə enerjisi hamı üçün, Nüvə silahı heç kim üçün" şüarı altında keçirilən beynəlxalq konfransın əhəmiyyətinə işarə etdikdən sonra tərksilah və nüvə silahlarının yayılmamasına qadağa qoyan ədalətli proqramlarda İranın iştiraka hazır olduğunu qeyd edərək hamının pak nüvə enerjisindən sülhməramlı hədəflərə istifadə etməyə haqlı olduğunu bildirib .

Source : IRIB
Comment