QR CodeQR Code

ABŞ-da humanitar təşkilatlar hökumətdən məhsul deyil, pul ayırmağı tələb edir

5 Apr 2013 08:39

IslamTimes - ABŞ-da humanitar yardımla məşğul olan təşkilatlar hökumətdən xaricdə aclıqdan əziyyət çəkənlərə məhsul deyil, pul ayrılmasını tələb edirlər.


Trend RBK-ya istinadən xəbər yayıb ki, Barak Obama administrasiyası büdcə layihəsinə belə bir tələbin salınması haqqında məlumatlarla bağlı açıqlama vermir.
 
Məlumatda bildirilir ki, aclıqdan əziyyət çəkən ölkələrə göndərilən humanitar yardımlar amerikalı fermer və malgöndərənlər üçün gəlir mənbəyidir. Lakin humanitar təşkilatlar bunun səmərəsiz olduğunu bildirirlər.
 
Humanitar yardımla məşğul olan təşkilatların əsas tələbi ondan ibarətdir ki, yerli məhsulun alınması üçün aclıqdan əziyyət çəkən ölkələrə maliyyə yardımı edilsin.


Story Code: 251651

News Link :
https://www.islamtimes.org/az/news/251651/abş-da-humanitar-təşkilatlar-hökumətdən-məhsul-deyil-pul-ayırmağı-tələb-edir

Islam Times
  https://www.islamtimes.org