QR CodeQR Code

İran 5+1 danışıqlarının birinci raundu bitdi

5 Apr 2013 12:51

IslamTimes - İran və 5+1 ölkələri arasında səhər saatlarında başlamış müzakirələrin birinci raundu sona çatıb.


"IslamTimes" xəbər verir ki, İran və 5+1 ölkələri arasında səhər saatlarında başlamış müzakirələrin birinci raundu sona çatıb. Təqribən 2 saat yarım sürən danışıqlardan sonra İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili cümə namazında iştirak etmək üçün Almatı came məscidinə yollanıb.
 
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ötən gün deyib: "Bu gün İran xalqı ABŞ-ın dildə deyil, öz rəftarında dəyişiklik etməsini gözləyir. Sabah məlum olacaq ki, ABŞ İranın sülhməqsədli nüvə enerjisinə yiyələnməsi ilə razılaşacaq, yoxsa İran xalqının bu hüququnu tapdayacaq."


Story Code: 251713

News Link :
https://www.islamtimes.org/az/news/251713/iran-5-1-danışıqlarının-birinci-raundu-bitdi

Islam Times
  https://www.islamtimes.org