0
Saturday 6 April 2013 - 08:42

DEVAMM Masallı dindarlarına verilən cəzayla bağlı bəyanat qəbul edib

Story Code : 251946
DEVAMM Masallı dindarlarına verilən cəzayla bağlı bəyanat qəbul edib
A.Quliyev 8 il, Xalid Kazımov 8 il, Ziya Tahirov 7 il, Rza Ağalı 7 il, Namiq Kişiyev 4 il 6 ay, Surac Ağayev 5 il, Nicat Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Vüsal Quliyevə 3 il müddətində şərti cəza verilib.
Məhkum edilənlər bu ittihamlara səbəb kimi, hakimiyyəti tənqid edən yazılar yazmasını göstəriblər.
DEVAMM bununla bağlı bəyanat qəbul etmişdir. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Masallı dindarlarına verilən cəzanı DEVAMM olaraq, qətiyyətlə pisləyirik. Hesab edirik ki, məhkəmə ədalətsiz olub və qərəzli mövqe sərgiləyib. Çıxarılan cəzalar - heç iddia olunan ittihamlara da uyğun deyil. DEVAMM olaraq hesab edirik ki, barələrində cəza hökmü çıxarılanlar -mövqelərinə, çıxışlarına görə təqib edilirlər. Biz bu hökmün hüquqi müstəvidə ləğv edilməsinə, Masallı dindarlarının azadlığa buraxılmasına çağırırıq".
Comment