QR CodeQR Code

Putin: «Suriya müxalifətinə silah verilməsi dayandırılmalıdır»

6 Apr 2013 08:45

IslamTimes - Suriyadakı vəziyyəti nizamlamaq üçün bölgədə hərbi əməliyyatlara dərhal son qoymaq və müxalifətə silah verilməsini dayandırmaq lazımdır.


Suriyadakı vəziyyəti nizamlamaq üçün bölgədə hərbi əməliyyatlara dərhal son qoymaq və müxalifətə silah verilməsini dayandırmaq lazımdır. APA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Almaniyanın ARD televiziyasına müsahibəsində bu bəyanatı səsləndirib.
 
«Hesab edirəm ki, hərbi əməliyyatların dərhal dayandırılmasına və silah ötürülməsinə nail olmaq lazımdır. Bizə həmişə deyirlər ki, Rusiya Əsədə silah ötürür. Birincisi, legitim hökumətlərə silah verilməsinə qadağa yoxdur. İkincisi, yalnız Suriyaya yaxın hava limanları vasitəsilə müxalifət son dövrlər ərzində 3,5 ton silah-sursat alıb. Bu barədə ABŞ mətbuatı yazır. Bax buna son qoymaq lazımdır», deyə Putin bildirib.


Story Code: 251947

News Link :
https://www.islamtimes.org/az/news/251947/putin-suriya-müxalifətinə-silah-verilməsi-dayandırılmalıdır

Islam Times
  https://www.islamtimes.org